Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 28 yanvar 2014-cü il tarixdə saat 11:00-da keçiriləcək qəbul Sabirabad şəhəri Heydər Əliyev parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edəcək.
Trend.az