Gənclər Siyasəti üzrə I Qlobal Forum çərçivəsində bir sıra görüşlər keçirilib

Posted by

Gənclər Siyasəti üzrə I Qlobal Forum çərçivəsində bir sıra görüşlər keçirilibGənclər Siyasəti üzrə I Qlobal Forum çərçivəsində bir sıra görüşlər keçirilib

Gənclər Siyasəti üzrə I Qlobal Forum çərçivəsində bir sıra görüşlər keçirilib

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forum çərçivəsində bir sıra görüşlər keçirib.

AzərTAc xəbər verir ki, BMT-nin İnkişaf Proqramının xoşməramlı səfiri Marta Vieyra da Silva ilə görüşdə bu sahədə həyata keçirilən layihələr müzakirə olunub.

Azad Rəhimovun Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Markoviç ilə görüşündə isə gənclər siyasəti sahəsində reallaşdırılacaq yeni layihələr barədə fikir mübadiləsi aparılıb. Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə qonaqlara məlumat verən nazir sonra ABŞ Dövlət Departamentinin qlobal gənclər məsələləri üzrə xüsusi müşaviri Endrü Reybensin ilə görüşüb.

Daha sonra Serbiyanın gənclər və idman naziri Vanja Udovicic ilə görüşdə gənclər və idman sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, əməkdaşlıq müqavilələrinin imzalanması barədə müzakirələr aparılıb.

 

AzərTac.az