Gəncə şəhərini bir sıra qəsəbələrlə birləşdirən avtomobil yollarının tikintisinə 5 milyon manat ayrıldı

Posted by

Gəncə şəhərini bir sıra qəsəbələrlə birləşdirən avtomobil yollarının tikintisinə 5 milyon manat ayrıldıGəncə şəhərini bir sıra qəsəbələrlə birləşdirən avtomobil yollarının tikintisinə 5 milyon manat ayrıldı

Gəncə şəhərini bir sıra qəsəbələrlə birləşdirən avtomobil yollarının tikintisinə 5 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 35 min nəfər əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5 milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılsın.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Dövlət başçısı Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşmələri müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son illərdə Gəncə şəhərində zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm tədbirlər həyata keçirilmiş, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, “Xəmsə” abidəsi, “Gəncə Qala qapıları” Arxeologiya və Etnoqrafiya Muzeyi, Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Park Kompleksi yaradılmış, yüksək standartlara cavab verən 4 mehmanxana tikilmiş, küçələr, çoxsaylı yaşayış binaları yenidən qurulmuş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan “İmamzadə” kompleksinin bərpası, Gəncə Dövlət Filarmoniyası və Gəncə Dövlət Dram Teatrı binalarının tikintisi davam etdirilməkdədir.

 

Trend/az