Gələn həftədən Azərbaycanda 2014-cü il qəbul kampaniyasına start verilir

Posted by

Gələn həftədən etibarən Azərbaycanda 2014-cü ildə keçiriləcək qəbul kampaniyasına start veriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, ilkin olaraq fevralın 11-dən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu başlayacaq. Magistratura və rezidenturaya sənəd qəbulu 11-20 fevral tarixlərində aparılacaq.

Magistraturaya qəbul imtahanının birinci mərhələsi 2 mart, ikinci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may – 1 iyun tarixlərində keçiriləcək.

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi martın 30-da, 2-ci mərhələsi iyulun 27-də, rezidenturaya ixtisaslaşma seçimi isə iyulun 29-31-də aparılacaq.

Apa.az