Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Kürdəmirdə vətəndaşları qəbul edib

Posted by

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 4-də Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsində vətəndaşları qəbul edib.

APA-nın məlumatına görə, nazir qəbulda iştirak edən Kürdəmir, Göyçay, Ucar və Zərdab rayon sakinlərini, eləcə də həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri dinləyib.

Qəbulda FHN-in fəaliyyəti ilə bağlı vətəndaşların müraciətlərinə baxılıb, məsələlərin bir çoxu yerindəcə həllini tapıb.

Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, işlə təmin edilmə və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Apa.az