Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcək
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dekabrın 26-da Şamaxı şəhərində Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Şamaxı yolunun 119-cu kilometri) 25 dekabr 2014-cü il tarixində saat 09:00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Apa.az