Fərəc Quliyev: Düşmənin hücum edən istənilən vasitəsi məhv edilməlidir

Posted by

Fərəc Quliyev: Düşmənin hücum edən istənilən vasitəsi məhv edilməlidirFərəc Quliyev: Düşmənin hücum edən istənilən vasitəsi məhv edilməlidir

Fərəc Quliyev: Düşmənin hücum edən istənilən vasitəsi məhv edilməlidir

Nə qədər ki, müharibə sona çatmayıb, düşmənin istənilən hərəkəti adekvat cavablandırılacaq. Bu barədə Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev Azərbaycanın hava sərhədlərini pozan Ermənistan hərbi helikopterinin vurulmasına münasibət bildirərkən deyib.

 

F.Quliyev hesab edir ki, Ermənistan hərbi helikopterinin Azərbaycan ərazisində vurulması çox şişirdilir: “Çünki müharibə şəraitidir və belə bir şəraitdə qarşı tərəfin hücum edən istənilən vasitəsi məhv edilməlidir. Bu, normal bir hadisədir. Beynəlxalq qurumlar və bəzi dövlətlər bildirirlər ki, bu, sərhəddə baş verən bir hadisədir. Lakin bu fikir tamamilə yanlışdır. Bu, Azərbaycan ərazisində baş verən bir hadisədir, yəni Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində vurulmuş helikopterdir”.

 

Komitə üzvü qeyd edib ki, əgər beynəlxalq qurumlar bu cür hadisələrin baş verməsini istəmirlərsə, məsələnin dinc yolla həll edilməsini istəyirlərsə, buyursunlar, dinc yolla həll etsinlər, Ermənistan da işğalçı ordusunu Azərbaycan ərazilərindən çıxarsın: “Belə olmayacaqsa, təbii ki, Azərbaycan tərəfi ölçü götürmək məcburiyyətində qalacaq. Biz buna görə heç kimə izahat vermək məcburiyyətində deyilik”.

 

F.Quliyev onu da əlavə edib ki, dinc yolla danışıqların getdiyi bir dövrdə ermənilərin bu cür təxribatlara əl atması təbii ki, danışıqlar prosesini pozmağa xidmət edir: “Çünki onların məqsədi status-kvonu saxlamaqdır”.

 

Trend.az