Fransa Senatında azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışılacaq

Posted by

İyunun 21-də Fransa Respublikası Senatında Beynəlxalq Qaçqınlar Gününə həsr edilən “Avropada və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların vəziyyəti və perspektivlər: Azərbaycan nümunəsi” adlı konfrans keçiriləcək.

Konfrans Senatın Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın təşəbbüsü ilə Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisi, Avropa Robert Şuman İnstitutu və Ali Milli Müdafiə Araşdırmaları İnstitutunun Paris-İle-de France Assosiasiyası tərəfindən birgə təşkil olunacaq.

Konfransda azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətindən söz açılacaq.

AZƏRTAC