Fransa İraqa “İslam dövləti” ilə mübarizədə hərbi dəstəyini gücləndirməyə hazırdır

Posted by

Fransa İraqa "İslam dövləti" ilə mübarizədə hərbi dəstəyini gücləndirməyə hazırdır

Fransa İraqa “İslam dövlətinin” (İD) döyüşçüləri ilə mübarizədə hərbi dəstəyini gücləndirməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Fransua Olland İraqın baş naziri Heydər əl-Abadi ilə dekabrın 3-də Yelisey sarayında onların görüşünün yekunları üzrə keçirilən birgə mətbuat konfransında çıxış edərək bəyan edib.

 

“Biz İD yaraqlılarının terror fəaliyyətinin qurbanı olan İraqa kömək etməyi davam edəcəyik, – Olland deyib. Biz hərbi dəstəyimizi gücləndirməyə, eləcə də tez və səmərəli hərəkət etməyə hazırıq “.

 

Trend.az