Əfqanıstandakı hərbçilərimizin bir qrupu Vətənə dönüb

Posted by

Əfqanıstandakı hərbçilərimizin bir qrupu Vətənə dönübƏfqanıstandakı hərbçilərimizin bir qrupu Vətənə dönüb

Əfqanıstandakı hərbçilərimizin bir qrupu Vətənə dönüb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 31 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

 

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

 

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

 

Trend.az