Əfqanıstanda vaxtilə həlak olan, itkin düşmüş və ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə təqaüdün verilməsi qaydaları müəyyənləşdi

Posted by

Əfqanıstanda vaxtilə həlak olan, itkin düşmüş və ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə təqaüdün verilməsi qaydaları müəyyənləşdiƏfqanıstanda vaxtilə həlak olan, itkin düşmüş və ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə təqaüdün verilməsi qaydaları müəyyənləşdi

Əfqanıstanda vaxtilə həlak olan, itkin düşmüş və ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə təqaüdün verilməsi qaydaları müəyyənləşdi

Nazirlər Kabineti “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərar qəbul edib.

 

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, qaydaya görə, təqaüd Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərindən yalnız valideynlərinə və dul arvadına təyin edilir.

 

Təqaüd almaq üçün şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX)və ya ƏƏSMN yanında DSTX-nin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə ilə müraciət edir:

 

Ərizəyə müraciət edən şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçu ilə qohumluğunu təsdiq edən sənəd (valideynlərinə münasibətdə – hərbi qulluqçunun doğum haqqında şəhadətnaməsi, dul arvadına münasibətdə – nikah haqqında şəhadətnamə);

 

şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı; ölüm haqqında şəhadətnamə; şəxsin itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi; təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat əlavə olunmalıdır.

 

Qaydaya görə, müraciətə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır və təyinat aparılır. Təqaüd ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

 

Təqaüd Azərbaycanın hüdudlarından kənarda yaşayan ailə üzvlərinə ƏƏSMN yanında DSTX, Azərbaycanda yaşayan ailə üzvlərinə isə yaşayış yeri üzrə ƏƏSMN yanında DSTX-nin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzləri tərəfindən təyin edilir və ödənilir. Ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

 

Azərbaycandan kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.

 

Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2015-ci il yanvarın 1-dən etibarən təyin edilir.

 

Qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Trend.az