Əfqanıstan XİN rəhbərinin Azərbaycana səfərinin tarixi açıqlanıb
Əfqanıstanın XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub.
Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul martın 5-7-də Azərbaycana səfər edəcək. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib.
Səfər zamanı ikitərəfli aktual və regional əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.
Diplomat qeyd edib ki, danışıqların yekunları üzrə ikitərəfli əməkdaşlığın inkişafına dair bəzi sənədlərin imzalanacağı gözlənilir: “Səfər zamanı diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi, eləcə də iki ölkənin Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri arasında və təhsil sahəsində əməkdaşlıq barədə sənədlər imzalanacaq”.
Trend.az