Forumda qəbul olunacaq qətnamə qlobal gənclər siyasətinə yeni təkan verəcək

Posted by

Forumda qəbul olunacaq qətnamə qlobal gənclər siyasətinə yeni təkan verəcəkForumda qəbul olunacaq qətnamə qlobal gənclər siyasətinə yeni təkan verəcək

Forumda qəbul olunacaq qətnamə qlobal gənclər siyasətinə yeni təkan verəcək

Forumda qəbul olunacaq qətnamə qlobal gənclər siyasətinə yeni təkan verəcək, yeni prioritetlər aşkarlanacaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov oktyabrın 28-də Heydər Əliyev Mərkəzində keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumda jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, bu tədbir böyük əhəmiyyət daşıyır. İlk dəfədir ki, Bakıda gənclər siyasəti üzrə birinci qlobal forum keçirilir. 1998-ci ildən bəri dünyada belə bir forum keçirilməyib. Bu, gənclərin XXI əsrdə ilk çox vacib tədbiridir.

Forumda bir çox ölkədən nümayəndələrin iştirak etdiyini söyləyən nazir vurğulayıb ki, dünya son illər yeni çağırışlarla üzləşir və bunlar hər şeydən əvvəl gənclərlə bağlıdır.

 

AzərTac.az