FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yeni bölməsinin açılışı olub

Posted by

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi rayon Hissəsinin Abşeron rayonu Novxanı qəsəbəsindəki 1 saylı Bölməsinin açılışı olub.

FHN-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsib, burada təşkil olunmuş və Ulu Öndər Heydər Əliyevin fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. Nazir, həmçinin şəxsi heyətlə də görüşüb, müvafiq tapşırıq və tövsiyyələrini verib.

FHN Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi rayon Hissəsinin Abşeron rayonu Novxanı qəsəbəsindəki 1 saylı Bölməsinin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğın söndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq.

Trend.az