Evlərin qazlaşdırılması üçün texniki şərtlər də “ASAN xidmət”də veriləcək

Posted by

Evlərin qazlaşdırılması üçün texniki şərtlər də "ASAN xidmət"də veriləcəkEvlərin qazlaşdırılması üçün texniki şərtlər də “ASAN xidmət”də veriləcək

Evlərin qazlaşdırılması üçün texniki şərtlər də "ASAN xidmət"də veriləcək

Cari ilin noyabr ayının əvvəlindən başlayaraq fərdi yaşayış evlərinin (mənzillərin) və qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılmasında layihə-smeta sənədlərinin hazırlanması məqsədilə verilən texniki şərtlərdə qoyulan mövcud şəbəkənin gücləndirilməsi tələbi və həmin işlərin icrası üçün nəzərdə tutulan müvafiq ödənişlər ləğv olunub.

 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, eyni zamanda 2016-cı ilin yanvar ayının 1-dən başlayaraq texniki şərtlərin veriliməsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Bu məqsədlə hazırda Birliyin müvafiq şöbələri ilə “ASAN xidmət” tərəfindən artıq lazımi işlərin görülməsinə başlanılıb.

 

Texniki şərtin hazırlanması və “ASAN xidmət” mərkəzləri tərəfindən verilməsi qaydaları barədə vətəndaşlara əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, yeni qaydalara əsasən fərdi yaşayış evlərinin (mənzillərinin) qaz qurğularının ümumi saatlıq qaz sərfi 10 m3-ə qədər olduqda texniki şərtlərin verilməsi nəzərdə tutulmur.

 

Həmçinin SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi vətəndaşların düzgün məlumatlandırılması məqsədilə nəzərə çatdırır ki, dövlət proqramında qazlaşdırılması nəzərdə tutulmayan yaşayış ərazilərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması üçün layihə sənədlərinin hazırlanması, tikinti-quraşdırma işlərinin icrası vətəndaşların öz vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə Qaydaları”nın, Tikinti Norma və Qaydalarının tələblərinə uyğun olaraq vətəndaşların öz vəsaiti hesabına aparılmış qazlaşdırılma işlərinin texniki-icra və layihə sənədləri tikinti təşkilatları tərəfindən “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdan, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа yaşayış sahələrinə təbii qаzın verilməsi təmin edilir.

 

Qeyd edək ki, fərdi yaşayış evlərində quraşdırılan “G-4” tipli qaz sayğacları “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənişsiz təmin olunur.

 

Trend.az