Ermənistanın insan haqlarından danışmağa haqqı yoxdur
Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayət əməllərinin nəticəsində bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Onların hüquqları Ermənistan tərəfindən pozulduğu halda, rəsmi Yerevanın insan haqlarından danışmağa haqqı yoxdur.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 5-də mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistan insan hüquqlarından danışmaqla yanlış fikir formalaşdırmağa, özünü demokratik ölkə kimi aparmağa çalışır. Təkcə Xocalı faciəsini, azərbaycanlıların öz torpaqlarından silah gücünə çıxarılaraq qaçqın və məcburi köçkün vəziyyətinə salınması faktını nəzərə alsaq, Ermənistanın hər hansı bir səviyyədə insan haqlarından danışması qəbuledilməzdir.
AzərTac.az