Ermənistan vurulmuş helikopter məsələsinin diplomatik yolla həllinə üstünlük verir

Posted by

Ermənistan vurulmuş helikopter məsələsinin diplomatik yolla həllinə üstünlük verirErmənistan vurulmuş helikopter məsələsinin diplomatik yolla həllinə üstünlük verir

Ermənistan vurulmuş helikopter məsələsinin diplomatik yolla həllinə üstünlük verir

Ermənistan başqa variantların da qüvvədə qalmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmuş helikopterlə bağlı məsələnin diplomatik yolla həlli üzrə səylərini davam etdirəcək. Trend-in “Armenpress”ə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.

 

Nazir bildirib ki, hələlik Ermənistan diplomatiyaya üstünlük verir.

 

Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

 

Trend.az