Ermənistan AES-in istismar müddəti uzadılır
Ermənistan və Rusiya Ermənistandakı Metsamor AES-in ikinci blokunun istismar müddətinin 2026-cı ilədək uzadılması barədə hökumətlərarası saziş imzalayacaqlar.
Trend-in Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın energetika və təbii sərvətlər nazirinin müavini Ara Simonyan parlamentin daimi komissiyalarının birgə iclasında dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, sazişin 2014-cü ilin sonuna kimi imzalanacağı gözlənilir.
Rusiya proqramın həyata keçirilməsi üçün 300 milyon dollar ayırır ki, bunun 30 milyon dolları qrant, qalanı isə kredit şəklindədir.
Trend.az