Ermənipərəst konqresmen Maykl Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb

Posted by

Ermənipərəst konqresmen Maykl Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıbErmənipərəst konqresmen Maykl Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb

Ermənipərəst konqresmen Maykl Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb

Ermənipərəst konqresmen Maykl Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb.

 

Trend-in məlumatına görə, M.Qrim ABŞ Konqresində erməni məsələləri üzrə işçi qrupunun həmsədrlərindən biri olub, erməni lobbi təşkilatlarının və onlara yaxın dairələrin dəstəyi ilə ölkəmizin maraqlarına qarşı fəaliyyətlərdə aktiv şəkildə iştirak edib. O, həmçinin ABŞ administrasiyası tərəfindən Dağlıq Qarabağdakı separatçı qüvvələrə maliyyə yardımı ayrılması üçün fəal şəkildə çağırış edən qanunverici orqan mənsublarından biri olub.

 

Qeyd edək ki, 30 dekabr 2014-cü il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü M.Qrim istefa verdiyinə dair açıqlama verib.

 

Xatırladaq ki, konqresmen M.Qrim ABŞ qanunverici orqanına seçilməmişdən öncə 2006-2010-cu illərdə biznes fəaliyyəti ilə məşğul olub. 28 aprel 2014-cü il tarixində Nyu Yorkdakı ABŞ federal qurumları tərəfindən M.Qrimə qarşı 20-dən çox maddə üzrə cinayət işi qaldırılıb. Konqresmenə qarşı qaldırılmış ittihamlar çərçivəsində vergidən yayınma üçün saxta sənədləşdirmənin aparılması, sığorta sənədlərinin qeyri-qanuni şəkildə dəyişdirilməsi, vaxtilə ona məxsus olmuş restoranda qeyri-leqal immiqrantların işlədilməsi, yalan ifadə vermək və digərləri yer alır. 23 dekabr 2014-cü il tarixində Bruklin məhkəməsi ittiham aktında əks olunan məsələlərdən biri – vergidən yayınma məsələsi ilə bağlı M.Qrimin günahkar olduğunu təsdiq edib. Məhz bundan sonra 2014-cü il seçkilərində 11-ci Nyu York dairəsində qələbəsinə və yenidən Konqresə seçilməsinə baxmayaraq, M.Qrim istefa verməyə məcbur olub.

 

Trend.az