Erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi qaydası dəyişib

Posted by

Erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi qaydası dəyişibErməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi qaydası dəyişib

Erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi qaydası dəyişib

Azərbaycan prezidenti İlham Əliyev “Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının dayandırılması haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman verib.

APA-nın məlumatına görə, dəyişiklik erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərlə bağlıdır.

Dəyişikliyə əsasən erməni silahlı dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan zərərin ödənilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 5 may tarixli Fərmanına əsasən sığorta ödənişi nəzərdə tutulmuş, lakin 1993-cü il yanvarın 1-nə kimi ödənilməmiş zərərin məbləğinin tikililərin bərpası zamanı 1992-ci ildə icbari sığorta üçün mövcud olmuş dəyər məbləğində ödənilməsi barədə qaydanı əks etdirən müddəa ləğv edilib.

 

 

Apa.az