Erməni silahlı bölmələri may ayında atəşkəsi 2475 dəfə pozub

Posted by

Erməni silahlı bölmələri may ayında atəşkəsi 2475 dəfə pozub

Erməni silahlı bölmələri may ayında atəşkəsi 2475 dəfə pozub

Erməni silahlı bölmələri may ayında atəşkəsi 2475 dəfə pozub

May ayında erməni silahlı bölmələri atəşkəs rejimini 2475 dəfə pozub.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 milli metrlik çaplı minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

 

May ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur. Qarabağ cəbhəsi üzrə atəşkəs may ayında Cəbrayıl rayonu, Tərtər rayonu və Xocavənd rayonu istiqamətində də pozulub.

 

Ermənistan ordusu may ayında Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, habelə Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.

 

Ötən ay Ermənistan rəhbərliyi aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini rəsmən təsdiq edib. Düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib.

 

Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib.

 

May ayında Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu, əsgər Heydərov Əli İntiqam oğlu və əsgər Tahirli Natiq Namiq oğlu şəhid olublar. Ermənistan Müdafiə Nazirliyinin açıqladığı məlumatlara əsasən, Ermənistan Ordusu daha artıq itki verib.

 

Qeyd edək ki, aprel ayında atəşkəs 3597 dəfə pozulub.

 

Apa.az