Erməni silahlı bölmələri fevral ayı ərzində atəşkəsi 3491 dəfə pozub

Posted by

Erməni silahlı bölmələri fevral ayı ərzində atəşkəsi 3491 dəfə pozub

 

Erməni silahlı bölmələri fevral ayı ərzində atəşkəsi 3491 dəfə pozub

Erməni silahlı bölmələri fevral ayı ərzində atəşkəsi 3491 dəfə pozub

Fevral ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3491 dəfə pozub.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozub.

 

Bütün hallarda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədi və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

 

Fevral ayı ərzində atəşkəsin pozulmasına görə yenə də ilk yerdə cəbhənin Ağdam

istiqaməti gəlir. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə

Füzuli rayonudur. Qarabağ cəbhəsi üzrə atəşkəs fevralda Cəbrayıl rayonu, Tərtər rayonu və Xocavənd rayonu istiqamətində də pozulub.

 

Ermənistan ordusu atəşkəs rejimini fevral ayında Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonu istiqamətində də pozub.

 

Fevral ayında erməni silahlı bölmələri dövlət sərhədində təxribatlar törədib. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif istiqamətdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ilkin ehtimala görə düşmən 10 nəfərdən çox itki verib. Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. Əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən, düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası, şəxsi heyəti sıradan çıxarılıb. Ehtimala görə ən azı düşmən tərəfdən 2 hərbi texnika və canlı qüvvə məhv edilib.

 

Düşmənin törətdiyi təxribat nəticəsində hərbi qulluqçu kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu, hərbi qulluqçu əsgər Mirzəyev İmran Xudaverdi oğlu və hərbi qulluqçu Quliyev Rahib Nəriman oğlu şəhid olub.

 

Qeyd edək ki, yanvar ayında atəşkəs 3702 dəfə pozulub.

 

Apa.az