Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu Rusiya üçün prioritetdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O deyib: “Bu, bizim üçün prioritet məsələlərdən biridir, ona görə ki, burada söhbət qonşularımızdan gedir”.
M.Zaxarova həmçinin vurğulayıb ki, Rusiya ATƏT Minsk qrupunun digər həmsədrləri ilə qarşılıqlı fəaliyyət göstərir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll yollarınını tapılması üçün tərəflərə kömək göstərməkdə davam edir.
Trend