Erməni deputat: Azərbaycana məxsus Dağlıq Qarabağa göndərilən Ermənistan gəncləri ya dözməyib intihar edir, ya da öz hərbiçi yoldaşlarının gülləsinə tuş gəlirlər

Posted by

Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər ötən gün narazılıqları daha da artırır. Hökumət problemləri aradan qaldıra bilmir. Ölkənin maliyyə ehtiyatları tükənmək üzrədir. “Yelk” partiyası bu vəziyyətin aradan qaldırmasının yeganə yolunu Ermənıstanı təcrid vəziyyətinə salmış Serj Sarkisyan rejimini devirməkdə görür.

Partiyanın rəhbəri, deputat Nikol Paşinyan hazırda hökuməti cinayətkar qrupun idarə etdiyini bildirib. O deyib ki, bu cinayətkar dəstənin yürütdüyü işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir. Azərbaycana məxsus Dağlıq Qarabağa göndərilən Ermənistan gəncləri ya dözməyib intihar edir, ya da öz hərbiçi yoldaşlarının gülləsinə tuş gəlirlər. Bu faktlar əksər hallarda Serj Sarkisyan hakimiyyəti tərəfindən gizlədilir. Lakin cəmiyyət Ermənistan ordusunun əsgərlərinin ciddi psixoloji gərginlikdə olduğunu yaxşı bilir.

Sülh dialoqu təşkilatının hüquqşünası Ruben Martirosyan deyir ki, ilkin istintaq həqiqətin üzə çıxarılmasında deyil, gizlədilməsində maraqlıdır.

Erməni siyasətçilər də hazırki durumun sosial partlayışla nəticələnəcəyini vurğulayırlar. Ona görə də “Yelk” partiyasının rəhbəri hər kəsi ölkəni idarə edən cinayətkar rejimə qarşı birləşməyə çağırır.

AZƏRTAC