Elnur Aslanov vəzifəsindən azad edildi
Azərbaycan Prezidenti İlham Əliyev Elnur Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilsin.
Trend.az