Elmira Süleymanova: “Xocalı soyqırımını törədənlərə qarşı sanksiyalar tətbiq olunmalıdır”

Posted by

Azərbaycan və Moldova ombudsmanları Xocalı soyqırımı şahidləri ilə görüşüblər

Azərbaycan ombudsmanı Elmira Süleymanova və Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu Xocalı soyqırımı şahidləri ilə görüşüblər.

APA-nın verdiyi məlumata görə, görüşdə E.Süleymanova “Xocalıya ədalət” kampaniyasının vacibliyindən danışıb.

E.Sülieymanova qeyd edib ki, ermənipərəst qüvvələr dünyanın müxtəlif ölkələrində Xocalı hadisələri ilə bağlı yanlış məlumatlar yaymaqdadır, hadisə qurbanlarını erməni kimi təqdim etməyə çalışır.

“Ermənilərin bu cinayətinin beynəlxalq hüquq normalarına uyğun hüquqi qiymət almaması, günahkarların cəzalandırılmamsı hiddət və təəssüf doğurur. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəti addımlar atmalıdır. Müvafiq beynəlxalq qurumlar bu hadisəni soyqırım kimi tanımalıdır, bu cinayəti törədənlərə qarşı sanksiyalar tətbiq olunmalıdır”.

Öz növbəsində A.Qriqoriu Azərbaycan hökumətinin Xocalı soyqırımı ilə bağlı gerçəklilərin dünyada yayılması üçün çox işlər gördünüyü bildirib. O qeyd edib ki, cinayətkarlar müvafiq beynəlxalq konvensiyaları əsasında məsuliyyətə cəlb olunmalıdır.

Apa.az