Elmira Süleymanova BMT İnsan Haqları Şurasının sessiyasında çıxış edib

Posted by

Elmira Süleymanova BMT İnsan Haqları Şurasının sessiyasında çıxış edib

 

Elmira Süleymanova BMT İnsan Haqları Şurasının sessiyasında çıxış edib

Elmira Süleymanova BMT İnsan Haqları Şurasının sessiyasında çıxış edib

 

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) Beynəlxalq Koordinasiya Komitəsinin bu günlərdə Cenevrədə keçirilmiş 27-ci iclasında və həmin günlərdə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 25-ci sessiyasında iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkil BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən İnsan Haqları Şurasının 25-ci sessiyasının münaqişə şəraitində uşaq hüquqları mövzusuna həsr edilmiş iclasında bəyanatla çıxış edib və Azərbaycanın üzləşdiyi hərbi münaqişə zəminində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon insanın üçdə birini məhz uşaqların təşkil etdiyini nəzərə çatdırıb.

 

E. Süleymanova azərbaycanlı məktəblilər – 9 yaşlı Farizin erməni hərbi snayperinin açdığı atəş və 13 yaşlı Aygünün ermənilər tərəfindən içinə partlayıcı qurğu yerləşdirilən oyuncaqla oynayarkən onun partlaması nəticəsində həyatlarını itirdiyini və bu hadisə ilə bağlı şagirdlərin topladığı 310.000 imzanın BMT baş katibinin uşaqlar və hərbi münaqişələr üzrə xüsusi nümayəndəsinə göndərildiyini bildirib.

 

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırıma da toxunan E. Süleymanova o zaman yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada törədildiyini qeyd edib: “Milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosid aktıdır və qatı cinayət kimi öz layiqli qiymətini almalıdır”.

 

Apa.az