Elmar Məmmədyarov Vyanada Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayacaq
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Avropa Şurası ölkələrinin (AŞ) xarici işlər nazirlərinin mayın 6-da Vyanada keçirilən görüşündə ölkənin AŞ Nazirlər Komitəsində sədrliyi dövründə prioritetlərini açıqlayacaq.
Trend xəbər verir ki, bu barədə Avropa Şurasının saytında yayılan məlumatda deyilir.
Görüşdə AŞ ölkələrinin xarici işlər nazirləri həmçinin Avropada demokratiya, insan haqları və qanunun aliliyi, AŞ-nın qonşu regionlara dair siyasəti, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, mayın 14-dən Azərbaycan AŞ Nazirlər Komitəsində sədrliyə başlayacaq.
Trend.az