Elmar Məmmədyarov Türkiyəyə səfər edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə səfər edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin dekabrın 10-da Qars şəhərində keçiriləcək üçtərəfli görüşündə iştirak etmək məqsədilə rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Türkiyəyə işgüzar səfər edəcək.
Səfər çərçivəsində E.Məmmədyarovun xarici işlər nazirlərinin üçtərəfli görüşündə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Trend.az