Elmar Məmmədyarov İspaniya nümayəndə heyətini qəbul edib

Posted by

Elmar Məmmədyarov İspaniya nümayəndə heyətini qəbul edib

 

Elmar Məmmədyarov İspaniya nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov İspaniya nümayəndə heyətini qəbul edib

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın parlament üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında Azərbaycanla İspaniya arasında siyasi, iqtisadi, mədəni, kənd-təsərrüfatı, idman, təhsil, ispan dilinin tədrisi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

 

E. Məmmədyarov Azərbaycanın İspaniya ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və parlamentlərarası əlaqələrin vacib rola malik olduğunu diqqətə çatdırıb.

 

İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və öz doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri haqqında məlumatlı olduqlarını qeyd edərək BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsinin məyusluq doğurduğunu vurğulayıb. O, Azərbaycanın mövqeyinin haqq və ədalətə əsaslandığını diqqətə çatdırıb.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli barədə Azərbaycanın mövqeyi haqqında İspaniya nümayəndə heyətini ətraflı şəkildə məlumatlandıraraq, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə rəğmən beynəlxalq təşkilatların, xüsusilə BMT TŞ-nin dörd qətnaməsini yerinə yetirmədiyini bildirib.

 

Apa.az