Elmar Məmmədyarov Serbiyanın Azərbaycandakı səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Serbiya arasında mövcud olan münasibətlərin inkişafından məmnunluq ifadə etmiş və səfir Vayoviçə bu münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.
Zoran Vayoviç ölkəmizdən xoş təəssüratla ayrıldığını vurğulayıb və burada onun fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Nazir Elmar Məmmədyarov səfir Zoran Vayoviçə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Apa.az