Elmar Məmmədyarov Qarsda Heydər Əliyev parkını ziyarət edib
Xarici işlər naziri Elmar Məmmədyarov Qars şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edib, umummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib və abidəsi önünə əklil qoyub. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, E.Məmmədyarov Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası xarici işlər nazirlərinin 10 dekabr tarixində keçirilən üçtərəfli iclasında iştirak etmək məqsədilə Qarsa səfər edib.
Trend/az