Elmar Məmmədyarov İordaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, örüş əsnasında səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşneh etimadnaməsinin surətini təqdim edib. Nazir səfirə yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Nassar İbrahim Məhəmməd Əl-Habaşneh ölkələr arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Apa.az