Elmar Məmmədyarov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunub.
Həmçinin Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Trend.az