Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi”

Posted by

Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi”Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi”

Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi”

“Azərbaycan svilizasiyaların kəsişməsində yerləşir, mədəniyyətlərarası və dinlərarası dialoqa xüsusi önəm verir”.

 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində AŞ-ın Qonşu regionlar üzrə siyasətinə dair keçirilən yüksək səviyyəli beynəlxalq konfransda xarici işlər naziri Elmar Məmmdyarov deyib.

E. Məmmədyarov bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Nazir Azərbaycanın artıq Afrika və Asiya ölkələrinə yardım həyata keçirən donor ölkəyə çevrildiyini vurğulayıb. XIN rəhbəri deyib ki, Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi: “BMT Təhlükəsizlik Şurasının ərazilərin işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi təəssüf doğurur”.

E. Məmmədyarov bu tədbirin Azərbaycnın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə sonuncu tədbir olduğunu vurğulayıb. Nazir qeyd edib ki, noyavrın 13-də Azərbaycnın AŞ Nazirlər Komitəsinə sədrliyini Belçikaya təhvil vermək üçün Strasburqda olacaq: “Bu müddət ərzində Azərbaaycan korrupsiya, gənclərin təhsili və digər tədbirlərin təşəbbüskarı olub. Azərbaycan Avropa Şurasının Qonşu regionlar üzrə siyasətinin güclü tərəfdarıdır. Qonşuluq Siyasəti 3 il əvvəl İstanbulda başlanıb. Ümilvaram ki, gələn il ilk Avropa Olimpiya Oyunlarına baxmaq üçün Azərbaycana səfər edəcəksiniz”.

 

APA.az