Elmar Məmmədyarov ABŞ-ın yeni səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib. Bu barədə Trend Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüşdə R.Sekuta etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Nazir R.Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Trend.az