Ekspertlər Azərbaycanın təklifləri nəzərə alınmaqla humanitar sahədə əməkdaşlıq məsələlərini Minskdə, MDB-nin İcraiyyə Komitəsində müzakirə edəcəklər

Posted by

MDB iştirakçısı olan dövlətlərin 2015-2016-cı illər üçün Humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planı layihəsinin müzakirəsi üzrə ekspert qrupunun növbəti iclası mayın 5-7-də Belarusun paytaxtında MDB-nin İcraiyyə Komitəsində keçiriləcəkdir. Bu barədə AzərTAc-a Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətində məlumat verilmişdir.

Sayca dördüncü olan bu plan MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının təşəbbüsü ilə humanitar illərin mövzusu ilə sıx əlaqəli şəkildə hazırlanır.

Humanitar illərə (1941-1945-ci illərin Böyük Vətən müharibəsi Veteranları İlinə və Təhsil İlinə) həsr edilmiş tədbirlər plan layihəsinə xüsusi bölmələr şəklində daxil edilmişdir. Müvafiq tədbirlər bəzi başqa bölmələrdə də qismən əks olunmuşdur. Bundan əlavə, plan layihəsində humanitar xarakterli ümumi məsələlər, mədəniyyət, informasiya və kütləvi kommunikasiyalar, kitab nəşri və poliqrafiya, idman, turizm və gənclərlə iş sahəsində tədbirlər nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası da plan layihəsinə öz təkliflərini daxil etmişdir.

Ekspert qrupunun işində MDB-nin iştirakçısı olan 8 dövlətin, habelə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF), “Mir” Dövlətlərarası Teleradio Şirkətinin (MTRK) və Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın nümayəndələri iştirak edəcəklər.

AzərTac.az