Ekologiya Nazirliyi Mərkəzi Nəbatat Bağının ərazisindəki ağacların qanunsuz kəsilməsi məsələsinin araşdırılması üçün polisə müraciət edib

Posted by

Ekologiya Nazirliyi Mərkəzi Nəbatat Bağının ərazisindəki ağacların qanunsuz kəsilməsi məsələsinin araşdırılması üçün polisə müraciət edib

Ekologiya Nazirliyi Mərkəzi Nəbatat Bağının ərazisindəki ağacların qanunsuz kəsilməsi məsələsinin araşdırılması üçün polisə müraciət edib

Ekologiya Nazirliyi Mərkəzi Nəbatat Bağının ərazisindəki ağacların qanunsuz kəsilməsi məsələsinin araşdırılması üçün polisə müraciət edib

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının ərazisindəki ağacların qanunsuz kəsilməsi ilə bağlı məsələnin araşdırılması üçün Bakının Səbail Rayon Polis İdarəsinə müraciət edib.

Nazirlik həm də məsələyə rəsmi aydınlığın gətirilməsi üçün Mərkəzi Nəbatat Bağına rəsmi məktub göndərib. Bu barədə Trend-ə məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib ki, ərazidə ağacların qanunsuz çıxarılması baş verib. Səbail Rayon Polis İdarəsinə və Mərkəzi Nəbatat Bağına edilən müraciətlərdə də bu işdə təqsirkar olanın müəyyənləşdirilməsi istənilib. Ağacların çıxarılmasında günahkar olan hüquqi və ya fiziki şəxsə qarşı qanunvericiliyə uyğun qaydada ETSN tərəfindən tədbir görüləcək.

Hazırda bu məsələ ilə bağlı araşdırma aparıldığını deyən R.Mirzəyev əlavə edib ki, Mərkəzi Nəbatat Bağı onların müraciətinə hələ də cavab verməyib.

Sektor müdiri qeyd edib ki, Mərkəzi Nəbatat Bağında ağacların əkildiyi yerlər dəyişdirilməyib: “Həmin ərazidə 40-a yaxın müxtəlif sərv, şam və digər ağaclar çıxarılıb. Bu ağacların əksəriyyəti məhv edilib. Ərazidən aparılan ağaclar da olub. Bunlar hamısı sənədləşdirilib”.

Nazirlik rəsmisinin sözlərinə görə, Nazirlər Kabinetinin “Meşə fonduna aid olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması haqqında” 19 sentyabr 2005-ci il tarixli, 73 saylı qərarına əsasən, Mərkızi Nəbatat Bağının ərazisində bu işlərin aparılması üçün mütləq ETSN-ə müraciət olunmalı, nazirlik nümayəndələri də əraziyə baxış keçirməli idi. Lakin bu prosedurların heç biri baş verməyib.

 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının rəsmi açıqlamasına görə, həmin ağacların əkildiyi yerlər dəyişdirilib. Onlar bağın digər hissələrinə köçürülüb və artıq əkilib. Ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi isə həmin ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan kommunikasiya xətləri onların köklərinin inkişafına mane olub. Bu səbəbdən də ağacların inkişafı üçün lazımi şərait yaranmayıb. Bağın rəhbərliyi də bunu nəzərə alaraq, ərazidəki ağacları başqa yerə köçürməklə həmin ərazini sırf tədqiqat məqsədilə istifadə edəcək. Orada kökləri daha dərin olmayan bitkilərin əkilməsi nəzərdə tutulur.

 

Trend.az