Dövlət Sərhəd Xidmətinin rəisi Horadizdə vətəndaşları qəbul edib

Posted by

Dövlət Sərhəd Xidmətinin rəisi Horadizdə vətəndaşları qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi Horadizdə vətəndaşları qəbul edib

 

Dövlət Sərhəd Xidmətinin rəisi Horadizdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

 

AzərTAc xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev noyabrın 27-də Horadiz sərhəd dəstəsində Füzuli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib.

 

Vətəndaşlar əsasən DSX-də xidmətə qəbul, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

 

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər DSX-nin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həllini tapıb. Dövlət Sərhəd Xidmətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

AzərTac.az