Dövlət Sərhəd Xidmətində 2014-cü ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib

Posted by

Dövlət Sərhəd Xidmətində 2014-cü ilin yekunlarına dair hesabat müşavirəsi keçirilibDövlət Sərhəd Xidmətində 2014-cü ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib

Dövlət Sərhəd Xidmətində 2014-cü ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

 

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Sərhəd Mühafizəsi üçün 2014-cü il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, sərhəd mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi üzrə geniş miqyaslı tikinti-quruculuq işlərinin aparılması, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olduğu vurğulanıb.

 

Tədbirdə qeyd olunub ki, cari ilin iyul ayının 18-də dövlət başçısının iştirakı ilə DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nun açılııb. DSX əməkdaşları ali rütbələrlə, orden və medallarla təltif olunublar.

 

Bu il Azərbaycanın dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanlarının gücləndirilməsi, yeni gəmilərin dəniz kampaniyasına qəbul olunması, 52 dəniz sərhədçisinin xaricdə xüsusi kurslara cəlb olunmaları, yeni gəmilər üçün idarəetmə heyətlərinin hazırlanması həyata keçirilib. Bundan başqa, DSX tərəfindən quruda və dənizdə geniş miqyaslı hərbi təlimlər keçirilib. Dekabr ayının 10-12 tarixlərində Xəzər dənizində 36 üzmə vasitəsi, 4 helikopter və 800 nəfər şəxsi heyətin iştirakı ilə keçirilmiş təlimdə raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı həyata keçirilib. Azərbaycanın hərbi dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğu­larından və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilib.

 

Bundan başqa, 2014-cü ildə sərhəd aviasiyasının xidməti-döyüş imkanlarının və uçuş vasitələri ekipajlarının peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi, idarə olunmayan, həmçinin idarə olunan raketlərdən və topdan praktiki döyüş atışlarının yerinə yetirilməsi, tək cütlük və iki cütlük tərkibində dövlət sərhəd xətti üzrə uçuşlar həyata keçirilib.

 

DSX hərbi hissələrində, sərhəd bölmələrində 72 «Valideyn günləri» keçirlib.

 

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzil inşa olunub. 342 xidməti mənzil istifadəyə verilib.

 

Hesabat müşavirəsinin sonunda Azərbaycan prezidentinin sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara orden, medallar və fəxri adların döş nişanları təqdim olunub.

 

Apa.az