Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi

Posted by

Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi

Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi

 

 

Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi

Dövlət Miqrasiya Xidmətinə (DMX) qulluğa qəbul edilən gənc əməkdaşların andiçmə mərasimi olub.

 

DMX-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Xidmətin Təlim-Tədris Mərkəzində ilkin peşə hazırlığı istiqaməti üzrə kursu başa vurmuş gənc əməkdaşlar miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyaya dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəklərinə, miqrasiya qulluqçusunun şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.

 

Sonra DMX-nin rəisi Firudin Nəbiyev xidmətə yeni başlayan əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.

 

Xidmət rəisi hüquq mühafizə orqanı statuslu qurumun fəaliyyətindən söhbət açıb, əldə olunan nailiyyətlər və perspektiv planlara toxunub. O, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunan DMX-də yüksək səviyyəli iş şəraitinin yaradıldığını, xidmət aparılması üçün müasir, şəffaf sistemin formalaşdırıldığını diqqətə çatdırıb.

 

F.Nəbiyev ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafından, dünyada tolerantlıq nümunəsi kimi rolundan bəhs edib. Xidmət rəisi son illər məhz bu amillərə görə ölkəmizə artan maraqdan, respublikamıza təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayının nəzərəçarpacaq dərəcədə artmasından və bu nöqteyi-nəzərdən miqrasiya orqanları əməkdaşlarının üzərinə düşən məsuliyyətdən danışıb. Bildirib ki, Xidmətdə şəffaflıq, operativlik, nəzakətlilik və məsuliyyət prinsipləri əsas prioritetdir.

 

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il oktyabrın 12-də miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdi.

 

AzərTac.az