Dövlət Komitəsi “ASAN Xidmət” mərkəzlərində “kupça”ların verilməsi prosedurunu açıqlayıb

Posted by

Dövlət Komitəsi “ASAN Xidmət” mərkəzlərində “kupça”ların verilməsi prosedurunu açıqlayıb

Dövlət Komitəsi “ASAN Xidmət” mərkəzlərində “kupça”ların verilməsi prosedurunu açıqlayıb

Dövlət Komitəsi “ASAN Xidmət” mərkəzlərində “kupça”ların verilməsi prosedurunu açıqlayıb

Fevralın 22-dən etibarən Azərbaycan prezidentinin 11 fevral 2014-cü il tarixli müvafiq Fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ərazi qeydiyyat idarələri və şöbələri ilə yanaşı, “ASAN Xidmət” mərkəzlərində komitənin təşkil etdiyi xidmət bölmələri vasitəsi ilə həyata keçirir.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar ƏMDK-nın regional qeydiyyat idarə və şöbələri ilə paralel olaraq mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına dair, habelə fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına dair çıxarışların və texniki pasportların verilməsi ilə bağlı sənədlərini eyni zamanda, “ASAN Xidmət” mərkəzlərində yaradılmış xidmət bölmələrinə də təqdim edə bilirlər.

 

Qəbul edilmiş sənədlər komitənin müvafiq ərazi idarələrində öyrənilərək, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılaraq həll ediləcək. ƏMDK vətəndaşların və əmlak sahiblərinin nəzərinə çatdırır ki, qeyd edilən xidmətlərlə bağlı müraciətlər zamanı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun sənədlər təqdim etsinlər. ƏMDK və “ASAN Xidmət” mərkəzlərində göstərilən xidmətlər “Dövlət rüsumu haqqında” qanuna və Tarif Şurasının müvafiq qərarına əsasən rüsum və xidmət haqları ödənilməklə həyata keçirilir.

 

Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və operativliyin daha da artırılması istiqamətində müvafiq tədbirlərin davam etdirildiyini bəyan edib.

 

Apa.az