Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistana münaqişənin nizamlanmasına nail olmaqda kömək etməyə çalışır
ABŞ hökumətinin Dağlıq Qarabağa dair mövqeyi dəyişməz qalır. Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf brifinqdə bəyan edib.
Harf Ermənistanın ABŞ-dakı səfirliyinin Dağlıq Qarabağ separatçı rejiminin “müstəqilliyi” ilə bağlı qəbul keçirmək niyyətini belə şərh edib: “Biz əvvəlki kimi, bütün tərəflərə münaqişə ilə bağlı möhkəm razılaşmaya nail olmaqda kömək etməyə çalışırıq”.
Trend.az