Dövlət İdarəçilik Akademiyası ilə Rusiya Dövlət Qulluğu Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Posted by

Dövlət İdarəçilik Akademiyası ilə Rusiya Dövlət Qulluğu Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Dövlət İdarəçilik Akademiyası ilə Rusiya Dövlət Qulluğu Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Dövlət İdarəçilik Akademiyası ilə Rusiya Dövlət Qulluğu Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Aprelin 1-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun rəsmi imzalanma mərasimi olub.

 

APA-nın məlumatına görə, memorandumu Azərbaycan tərəfindən – AR Prezidenti yanında DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Rusiya tərəfindən – Rusiya Federasiyası Prezidenti yanında RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, Rusiya Federasiyasının I dərəcəli Həqiqi dövlət məsləhətçisi Vladimir Şamaxov imzalayıblar.

 

Memorandum Akademiyanın Böyük Elmi Şurasının xüsusi iclasında imzalanıb. O, iki Prezident Akademiyasının təcrübə mübadiləsini və elmi-pedaqoji əməkdaşlığını, müəllim və tələbə mübadiləsini, hər iki ölkənin milli maraqlarına cavab verən birgə fəaliyyətin təşkil edilməsini və keçirilməsini nəzərdə tutur. Memorandum təhsilin keyfiyyətinin yüksəldilməsinə, dövlət quruculuğu və dövlət və sosial idarəetmə sistemi üçün yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin dostluq münasibətlərinin və multikulturalizm praktikasının inkişaf etdirilməsinə istiqamətlənib.

 

İclasda akademik Urxan Ələkbərov, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurası tərəfindən görkəmli Azərbaycan alimi, professor Fuad Məmmədova “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” fundamental əsərinə görə Azərbaycan Dövlət Mükafatının verilməsi üçün vəsatət qaldırılması haqqında məlumat verib. Bununla əlaqədar, professor Vladimir Şamaxov AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədova Dövlət Mükafatının verilməsi vəsatətinin dəstəklənməsi haqqında xahişlə Rusiya Federasiyası Prezidenti yanında RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutunun Azərbaycanın baş naziri Artur Rəsizadəyə ünvanlanmış məktubunu Akademiyaya təqdim edib.

 

 

Apa.az