DSX-nin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binasının təməli qoyulub

Posted by

DSX-nin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binasının təməli qoyulubDSX-nin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binasının təməli qoyulub

DSX-nin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binasının təməli qoyulub

Noyabrın 22-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, 0,6 hektar ərazidə müasir memarlıq üslubunda inşa ediləcək inzibati binada şəxsi heyətin xidməti fəaliyyəti, tədrisi və istirahəti üçün yüksək şəraitin yaradılması nəzərdə tutulub.

 

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini – Maddi Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor İ.Əkbərov iştirak edib.

 

APA.az