DSMF sədri Xaçmazda vətəndaşları qəbul edəcək

Posted by

DSMF sədri Xaçmazda vətəndaşları qəbul edəcəkDSMF sədri Xaçmazda vətəndaşları qəbul edəcək

DSMF sədri Xaçmazda vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev yanvarın 22-də qurumun Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə bildirilib ki, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

 

Fondun Aparatında (012) 434-12-34

Xaçmaz rayon şöbəsində (02332) 5-05-25

Quba rayon şöbəsində (02333) 5-26-15

Qusar rayon şöbəsində (02338) 5-40-94

Şabran rayon şöbəsində (02335) 3-39-48

Siyəzən rayon şöbəsində (02330) 4-09-04

 

Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

 

 

Apa.az