Dördüncü Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir
“Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumu martın 11-də işini panel iclaslarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, “İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyinin və inkişafının əsasları. Növbəti region hansıdır?”, “Radikallaşma və miqrasiya qlobal təhlükəsizlik çağırışı kimi. Birgə fəaliyyətə necə nail olmalı?”, “Enerji və qlobal idarəçiliyin perspektivləri?” “Qeyri-bərabər, bölünmüş dünyadan müştərək cəmiyyətə doğru yerdəyişmə. Necə? “İnsan hüquqlarının qlobal təşviqi və gender məsələləri ilə bağlı məlumatlılığın artırılması”, “Gənclər danışır, biz dinləyirik”, “Hazırkı münaqişələrin həllində dinlərarası dialoqun rolu”, “Miqrasiya, multikulturalizm və inteqrasiya məsələsi” mövzularında panel iclaslarda mövzularla bağlı çıxışlar dinləniləcək, müzakirələr aparılacaq.
Forum “XXI əsrdə çoxqütblü dünyanın münaqişələrindən necə qurtulmalı? mövzusunda yekun plenar sessiya ilə başa çatacaq.
Sonda mətbuat konfransı keçiriləcək.
AZƏRTAC