Dəmir yolunun Muğan–Qarasu mənzilində 3,3 kilometr yolun əsaslı təmirinə başlanmışdır

Posted by

Prezident İlham Əliyevin 2010-cu il iyulun 6-da imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının icrası istiqamətində işlər davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, martın 27-də Muğan-Qarasu mənzilində 3,3 kilometr yolun əsaslı təmirinə başlanılmışdır. Təmir işləri bir həftə davam edəcəkdir.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumata görə, səhər saatlarından başlayaraq köhnə yolun 900 metrlik hissəsi sökülmüşdür.

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmışdır. 2013-cü ilin dekabrın 10-da isə Ağstafa – Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatmışdır. Əsaslı təmir olunmuş 317 kilometr yolun 310 kilometri artıq 800 metrlik uzunölçülü relslərlə əvəzlənmişdir.

AzərTAc.az