Ədliyyə naziri BQXK-nın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Posted by

Ədliyyə naziri BQXK-nın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

 

Ədliyyə naziri BQXK-nın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Ədliyyə naziri BQXK-nın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Fevralın 19-da ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Deniz Duran və yeni rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BQXK ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun köklü iqtisadi islahatların həyata keçirildiyini, məhkəmə-hüquq sisteminin inkişafı üzrə görülən məqsədyönlü tədbirləri vurğulayıb, ədliyyə, o cümlədən penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə işlərdən danışıb, həyata keçirilən tədbirlərdə BQXK-nın dəstəyini qeyd edərək, xanım E.Sesseraya uğurlu fəaliyyət arzulayıb.

 

Həmçinin məhkumların tibbi təminatının köklü şəkildə yaxşılaşdığı, BQXK ilə sıx əməkdaşlıq nəticəsində penitensiar müəssisələrdə vərəmlə mübarizədə yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilərək Komitənin tövsiyəsi ilə ölkəmizin bu müsbət təcrübəsindən artıq 10-dan çox dövlətin bəhrələndiyi diqqətə çatdırılıb.

 

Söhbət zamanı ötən il Azərbaycan hökuməti ilə BQXK arasında Komitə nümayəndələrinə azadlıqdan məhrumetmə yerlərinə maneəsiz baş çəkməyə səlahiyyət verən sazişin qüvvədə olma müddətinin uzadılmasının qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə əlavə təkan verdiyi vurğulanıb.

 

BQXK-nın Azərbaycanla ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin uğurlu nəticələrini qeyd edən D.Duran ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə məhsuldar və yüksək səviyyədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Azərbaycanda gedən islahatların şahidi olduğunu söyləyərək məhkumların saxlanma şəraitinin, tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdırılması üzrə qazanılan nailiyyətləri təqdir edib, xoş təəssüratlarını bölüşüb.

 

Komitə nümayəndəliyinin yeni rəhbəri xanım E.Sessera ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan genişmiqyaslı tədbirləri, iqtisadi çətinliklərə baxmayaraq bu sahədə fəaliyyətin uğurla davam etdirilməsini məmnunluqla qarşılayıb, BQXK və Azərbaycan arasında səmərəli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

 

Görüşdə əməkdaşlığın prioritetləri, habelə qanunvericilik, məhkumların saxlanma şəraiti və s. maraq doğuran məsələlər müzakirə olunub.

 

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

 

Trend.az