Diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə diplomatların cəzalandırılmasını nəzərdə tutan qanun qüvvəyə minib

Posted by

Diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə diplomatların cəzalandırılmasını nəzərdə tutan qanun qüvvəyə minibDiplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə diplomatların cəzalandırılmasını nəzərdə tutan qanun qüvvəyə minib

Diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə diplomatların cəzalandırılmasını nəzərdə tutan qanun qüvvəyə minib

Azərbaycan prezidenti İlham Əliyev “Diplomatik xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, qanuna edilən dəyişikliklərə görə Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir, diplomatların məsuliyyət hissi artırılır.

 

Konkret olaraq xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

 

Qeyd edək ki, müvafiq maddənin köhnə variantı belə olub: “Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər”.

 

Əlavədən sonra qanunun 11.2-ci maddəsi belə olub: “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər”.

 

Apa.az